Gəncədə idman tədbiri baş tutub. Bu haqda 2 noyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
Tədbir Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində keçirilib. Yığıncaq Olimpiya İdman Kompleksində təşkil olunub. Burada Nurcahan Əliyeva və tələbələrinin iştirakı ilə gimnastika üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.