13.6 C
Gence
13.6 C
Gence

“Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində təlim baş tutub

Gəncədə təhsil müəssisələrinin müəllimləri üçün təlim keçirilib. Bu haqda 12 noyabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

Təlim Elm və Təhsil Nazirliyinin və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində baş tutub. Burada universitetin əməkdaşları ilə yanaşı, şəhərin orta məktəblərində çalışan müəllimlər də iştirak ediblər.

Məqsəd təhsil sistemi vasitəsilə gender məlumatlılığının artırılması və gender stereotiplərinin aradan qaldırılmasıdır. Təlimdə genderə həssas pedaqogika üzrə bilik, bacarıqlara dair məlumat verilib, həm müəllimlərin, həm qızların, həm də oğlanların tədris və təlim proseslərində bərabər iştirakının təmin edilməsi barədə bilgilər təbliğ olunub.

Seminarlar 26 noyabr tarixinədək davam edəcək. Təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.

 

Ən Çox Oxunan