21 C
Gence
21 C
Gence

Gender bərabərliyi ilə bağlı layihəyə qeydiyyat başlayıb

Gənclər üçün proqram start götürür. Bu haqda 22 aprel tarixində HeForShe Azerbaijan-a istinadən məlumat veririk.

Avropa İttifaqının maliyyə dəstəyi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində Resource HUB-ın əməkdaşlığı ilə HeForShe Azərbaycan “Kişilər gender bərabərliyi üçün fəaliyyətdə” proqramını elan edir.

Layihə kişilərin gender bərabərliyinə töhfələrini artırmaq, HeForShe dəstəkçilərini təlimlər və icma işləri ilə səlahiyyətləndirmək məqsədi daşıyır. Proqram 3 hissədən ibarətdir və Gəncədən olan 17-24 yaşlı gender bərabərliyinə töhfə vermək istəyən kişi iştirakçılar üçün nəzərdə tutulub.

9, 10, 11 may Bakıda 3 günlük intensiv təlim proqramı həyata keçiriləcək. İyunda iştirakçılar öz toxum təşəbbüslərini reallaşdıracaqlar. İyulda isə proqramın rəsmi bağlanış konfransı baş tutacaq

Qatılmaq istəyən şəxslər qeydiyyatdan keçməlidirlər. Son müraciət tarixi 30 apreldir.

 

Ən Çox Oxunan