Bir müddət öncə Heydər Əliyev prospektindəki məhəllələrin birində qəzalı boru haqda məlumat vermişdik. Həmin boru MKTİB əməkdaşları tərəfindən sökülüb. Bu haqda 24 fevral tarixində Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi məlumat paylaşıb.
Binaların birinin önündə yerləşən qazanxananın tüstü borusu güclü külək zamanı əsirdi. O, qəzalı vəziyyətdə idi. Bu hal sakinlərin narahatlığına səbəb olurdu.