24.7 C
Gence
24.7 C
Gence

GDU-ya qeydiyyat üçün lazım olan sənədlərin siyahısı

Gəncədə ali təhsil müəssisəsinə qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı təqdim edilib. Bu haqda 3 sentyabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

2022-2023-cü tədris ilində təhsil müəssisəsində oxuma haqqı qazanan abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidirlər. Proses 2-12 sentyabr tarixlərində aparılacaq.

Abituriyentlərdən qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

  • Attestat (subbakalavr diplomu və diploma əlavəsi – PDF formatda (skan edilmiş formada);
  • Oğlanlar üçün hərbi bilet;
  • Universitetə ödənişli əsaslarla qəbul olunan tələbələrdə portal.edu.az saytından qeydiyyatdan keçəndən sonra invoys nömrəsi yaranacaq. Həmin nömrə üzrə təhsil haqqını ödəmək və ödəniş qəbzinin skan surətini təqdim etmək lazımdır. Qəbzi təqdim etməyənlər qeydiyyata alınmayacaq.

Portal.edu.az saytından qeydiyyatdan keçən tələbələr tədris ili başlayanda aşağıdakı sənədlərin əslini universitetə təqdim etməlidirlər:

  • Attestat (subbakalavrlar üçün diplom və diploma əlavə) əsli;
  • 3×4 ölçüdə 6 ədəd fotoşəkil;
  • Abituriyentin qəbul olunması barədə DİM saytındakı şəxsi səhifəsindən çıxarış;
  • Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Hərbi qeydiyyat sənədinin əsli (hərbi bilet və ya hərbi qeydiyyata alınma barədə vəsiqə);
  • Kəndirli qovluq.

Qeydiyyatdan keçməkdə çətinlik çəkənlər (050) 388 44 91, (055) 648 00 79, (051) 912 50 80 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Ən Çox Oxunan