22.5 C
Gence
22.5 C
Gence

GDU-un tələbələri şəhid ailəsini ziyarət ediblər

Gəncə Dövlət Universitetinin tarix fakültəsinin tələbələri şəhid Vidadi İsrafilovun ailəsini ziyarət ediblər. Bu haqda dekabrın 25-i Gencexeber.az-a məlumat daxil olub.

Görüş zamanı şəhid Vidadi İsrafilovun atası tələbələrə oğlunun döyüş yolundan danışıb. Ziyarət zamanı şəhidin əziz xatirəsi yad olunub, ruhuna dualar oxunub.

Vidadi Vaqif oğlu İsrafilov 8 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla doğma kəndinə müəllim olaraq qayıdıb. Ancaq sonrakı illərdə qardaşı Ataxanın kəllədaxili təzyiqi səbəbindən Vidadi ailəsi ilə Gəncə şəhərinə köçməyə məcbur olub.

Vətən müharibəsi başlayan kimi riyaziyyat müəllimi hərbi komissarlığa müraciət edərək, sentyabrın 29-da cəbhəyə yollanıb. Qəhrəmanın döyüş yolu Füzuli və Qubadlıdan keçib. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Şəhadətindən sonra ölkə Prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin 5 və 6 yaşında olan iki balası vətənə əmanət qalıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan