16.9 C
Gence
16.9 C
Gence

GDU tələbələri SOS Uşaq Kəndində seminarda olublar

Gəncədə tələbələr praktik seminarda olublar. Bu haqda 22 noyabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

Dərs SOS Uşaq Kəndində keçirilib. “Psixologiya” ixtisasının III kurs tələbələri üçün “Psixi sağlamlıq” mövzusunda seminar təşkil olunub. Dərsdə SOS Uşaq Kəndinin psixoloqu Arzu Ələkbərova və sosial işçi Aynurə Həmzəyeva psixi sağlamlıq – insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması haqqında məlumat veriblər.

Məruzəçilər sosial işin təşkili və uşaqların himayəyə götürülməsi qaydaları, onlarla aparılan tədbirlər, fərdi işlər barədə danışıblar. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan