10.3 C
Gence
10.3 C
Gence

GDU tələbələri Nuru Paşanın ev-muzeyini ziyarət ediblər

Gəncədə tələbələr üçün ekskursiya təşkil olunub. Bu haqda 1 dekabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

Ekskursiya universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə baş tutub. Filologiya fakültəsinin fəal tələbələri Nuru Paşanın ev-muzeyini ziyarət ediblər.

Onlar eksponatlarla tanış olublar. Gənclərə muzey haqqında ətraflı məlumat verilib. Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.

Ekskursiya çərçivəsində tələbələr Azərbaycanın müstəqilliyi naminə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə inşa edilən abidəni də ziyarət ediblər.

Ən Çox Oxunan