Gəncədə tələbələr üçün növbəti ekskursiya təşkil olunub. Bu haqda 3 aprel tarixində GDU-ya istinadən məlumat veririk.
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Pedaqoji fakültənin fəal tələbələri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlara mərkəzin bələdçisi tərəfindən Heydər Əliyevin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib. Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Tələbələr ulu öndərin müxtəlif dövrlərdə şəhərimizə səfərlərini, qədim Gəncənin bu gününü əks etdirən eksponatlarla tanış olublar.
Qeyd edək ki, ekskursiya “Heydər Əliyev ili” çərçivəsində keçirilib.