21 C
Gence
21 C
Gence

GDU-nun təlimçiləri tibb müəssisəsində təlimlər keçirlər

Gəncədə tibbi təlimlər start götürüb. Bu haqda 18 aprel tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.

Birləşmiş Xəstəxana Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində təlimlərə başlayıb. Xəstə və Dəstək xidmətləri şöbəsinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimlər “Tibbi heyət və güvənliyin etik davranış qaydaları – Effektiv ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi” mövzusunu əhatə edir.

Universitetin təlimçi müəllimləri Lamiyə Hacımuradova və Göyçək Pirverdiyeva tərəfindən keçirilən məşğələlər interaktiv xarakter daşıyır və bu cür təlimlərin növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulub.

Ən Çox Oxunan