26.4 C
Gence
26.4 C
Gence

GDU-nun tələbələri Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət ediblər

Gəncədə tələbələr ekskursiyada olublar. Bu haqda 25 aprel tarixində GDU-ya istinadən məlumat veririk.

Ekskursiya Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr edilib. Gəncə Dövlət Universitetinin (GDU) Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Kimya-biologiya fakültəsinin fəal tələbələri görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyinə baş çəkiblər.

Öncə ədəbiyyatşünas alimin büstü önünə tər çiçək dəstələri düzülüb. Muzey bələdçiləri Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji, ədəbi fəaliyyəti və ev-muzeyi haqqında geniş məlumat veriblər. Bildirilib ki, 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır.

Sonda gənclərin sualları ətraflı cavablandırılıb.

Ən Çox Oxunan