Gəncədə tələbələr üçün ekskursiya təşkil olunub. Bu haqda 12 aprel tarixində GDU-ya istinadən məlumat veririk.
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Xarici dillər fakültəsinin fəal tələbələri Göygöl Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Burada muzeyin yaranma tarixi və nümayiş etdirilən eksponatlar haqqında geniş məlumat verilib. Bildirilib ki, burada qədim kurqanlarda qazıntılar zamanı əldə olunan saxsı qablar və məişət əşyaları qorunur.
Göygöldə almanlar tərəfindən üzümçülüyün inkişafı tarixini əks etdirən guşə ilə tanışlıq gənclərin marağına səbəb olub.
Daha sonra tələbələr rayondakı “Azərbaycan dövlətinin rəmzləri muzeyi”nə baş çəkiblər. Muzey bələdçisinin müşayiəti ilə burada nümayiş etdirilən eksponatlarla tanışlıq olub.
Ekskursiyanın sonunda tələbələrin sualları cavablandırılıb.