21 C
Gence
21 C
Gence

GDU-nun tələbələri daha bir ekskursiyada olublar

Gəncədə tələbələr üçün növbəti ekskursiya təşkil olunub. Bu haqda 3 aprel tarixində GDU-ya istinadən məlumat veririk.

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsinin müəllimi və fəal tələbələri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər. Burada universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin ədəbi fəaliyyətindən bəhs edib.

Daha sonra məqbərə bələdçiləri qonaqlara dahi şairin adını daşıyan muzey haqqında ərtaflı məlumat veriblər. Tələbələr dünya şöhrətli mütəfəkkirin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar.

Ən Çox Oxunan