13 C
Gence
13 C
Gence

GDU-nun qazi əməkdaşlarına mükafat və bayram sovqatı verilib

Gəncədə qazilərlə görüş baş tutub. Bu haqda 18 mart tarixində GDU-ya istinadən məlumat veririk.

Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova II Qarabağ müharibəsinin iştirakçıları və qaziləri ilə görüşüb. Sədr iştirakçıları universitet rəhbərliyi və öz adından təbrik edib, onlara cansağlığı arzulayıb. Burada Vətən müharibəsində ordumuzun qazandığı şərəfli qələbədən, igidlərin qəhrəmanlığından söhbət açılıb.

Görüşdə rektorun baş müşaviri Asif Cavadov qaziləri bayram münasibətilə təbrik edib. Sonda Universitetin Həmkarlar İttifaqı Komitəsinin xətti ilə qazilərə 100 manat məbləğində mükafat və bayram sovqatı təqdim olunub.

 

Ən Çox Oxunan