17.5 C
Gence
17.5 C
Gence

GDU-nun müəllimi tibbi müəssisədə təlim keçib

Gəncədə tibb işçiləri üçün təlim keçirilib. Bu haqda 8 may tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.

Təlim Birləşmiş xəstəxananın Gəncə Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində baş tutub. GDU-nun baş müəllimi Göyçək Pirverdiyeva “Tibbi heyət və güvənliyin etik davranış qaydaları – Effektiv ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi” mövzusu haqda danışıb.

Tədbir interaktiv xarakter daşıyıb və bu cür təlimlərin növbəti həftələrdə də təşkil edilməsi nəzərdə tutulub.

Ən Çox Oxunan