16.4 C
Gence
16.4 C
Gence

GDU-nun əməkdaşları və tələbələri 100-dən artıq ağac əkiblər

Gəncədə ağacəkmə aksiyası keçirilib. Bu haqda 17 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Aksiya Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrası tərəfindən təşkil olunub. Belə ki, Heydər Əliyev parkında geniş bir ərazi əkin üçün hazır hala gətirilərək qazılan çalalara 100-dən artıq meyvə ağacları əkilib.

Burada kafedranın əməkdaşları və ixtisas üzrə təhsil alan tələbələr iştirak ediblər. Onlar parkın ərazisinə, əsasən, alma və xurma ağacları əkiblər. Torpağa basdırılan tinglər suvarılıb və inkişafı üçün aqrotexniki tədbirlər görülüb.

Ən Çox Oxunan