25.8 C
Gence
25.8 C
Gence

GDU-nun əməkdaşları Avropa İttifaqının konfransında iştirak ediblər

Gəncə Dövlət Universitetinin əməkdaşları Bakıda kofransda iştirak ediblər. Bu haqda təhsil müəssisəsi məlumat paylaşıb.

9-10 dekabr tarixlərində “Qafqaz Point Hotel”də təşkil olunmuş Avropa İttifaqının (Aİ) Gənclər proqramı çərçivəsində keçirilmiş sahibkarlıq tədrisi konfrasında GDU-dan İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin marketinq mütəxəssisi Maqsud Vəliyev və İdarəetmə kafedrasının müəllimi Kamil Cəfərov iştirak ediblər.

Burada avstriyalı təlimçilər Kristian Vagner və Johannes Lindler Aİ Gənclərin Yol xəritələri layihəsi, kurrikulumların tətbiqinin gücləndirilməsi və təsirinin ölçülməsi, kurrikulum variantlarının fayda və hədəf qrupa uyğunlaşması mövzusunda təlimlər keçiblər. İştirakçılar sahibkarlıq təhsili üzrə Avropa təcrübəsi ilə tanış olublar.

Gəncə Dövlət Universitetinin rəsmi saytından foto
Gəncə Dövlət Universitetinin rəsmi saytından foto

Ən Çox Oxunan