19 C
Gence
19 C
Gence

GDU-nun dekanı Nizami Gəncəviyə həsr etdiyi kitabları təqdim edib

Gəncədə Bayram Apoyevin kitablarının təqdimatı olub. Bu haqda 29 dekabr tarixində Gəncə Dövlət Universiteti məlumat paylaşıb.

Universitetdə Pedaqoji fakültənin dekanı Apoyev “Nizamidə özünütərbiyə” və “Heydər Əliyev və Nizami Gəncəvi” kitablarını təqdim edib. Əsərlər Nizami Gəncəvinin yaradıcılığına həsr olunub. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qeyd edib ki, hər iki kitab Nizami Gəncəvi ilinə sanballı hədiyyədir.

Tədbirdə Apoyevin nəvəsi ona həsr etdiyi şeiri səsləndirib.

 

Ən Çox Oxunan