13.6 C
Gence
13.6 C
Gence

GDU-nun auditoriyasına şəhid adı verilib

Auditoriyaya şəhid adı verilib. Bu haqda məlumatı noyabrın 18-i təhsil ocağına istinadən veririk.

44 günlük Vətən müharibəsində şəhid olmuş Yüksəl İlqar oğlu Əlizadənin adına auditoriyanın açılışı olub. Təşəbbüs Gəncə Dövlət Universitetində həyata keçirilib.

Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra universitetin rektoru, professor Yusif Yusibov çıxış edib. O, iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycanın tam qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı əsgər və zabitlərimiz döyüş meydanında tarixi ədaləti bərpa ediblər. Yusibov əlavə edib ki, bu döyüşlərdə Azərbaycan xalqı   şəhidlər verib. Onların arasında Gəncə Dövlət Universitetinin Leksikologiya və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımovanın oğlu Yüksəl Əlizadə də olub. Bildirilib ki, indi haqlı olaraq bütün universitet şəhidlə fəxr edir.

Mərasim zamanı bir neçə təhsil işçisi Yüksəl Əlizadə haqqında ürək sözlərini söyləyiblər. Sonda şəhid anası Sevda Kazımova çıxış edərək övladının xatirəsinə göstərilən ehtirama görə universitetin rəhbərliyinə və iştirakçılara ailəsi adından minnətdarlığını bildirib.

Ən Çox Oxunan