24.7 C
Gence
24.7 C
Gence

GDU-nin rektoru Almaniya universitetinin seminarlarını uğurla başa vuran tələbələrlə görüşüb

Gəncə Dövlət Universitetinin rektoru Almaniya universitetinin onlayn seminarlarında uğurla iştirak edən tələbələrlə görüşüb. Bu haqda 29 noyabr tarixində məlumatı ali təhsil müəssisəsi paylaşıb.

Ausburg universitetinin təşkil etdiyi seminar 3 gün davam edib. Burada Menecment və turizm işi kafedrasının tələbələri iştirak ediblər.

Onlara strateji marketinqin əməliyyat marketinqindən fərqi, Ansoff Matriksinin təsnifatı, BCG Matriksində məhsul analizi, biznesin inkişafında B2C, B2B, B2G və B2E marketinqi, hədəf müştəri auditoriyasının fərqləndirilməsi, POSDCORB funksiyalarının sistematikası, missiya, strateji baxış və strateji məqsədlərin biznesin strateji planlaşdırılmasında rolu haqda Almaniyalı professorlar tərəfindən təlim keçirilib.

Seminarların son günündə test keçirilib. Tələbələr Ruslan Əmirov, Nərgiz Eminli, Leyla Orucova və Ayşən Rüstəmova təlimləri uğurla başa vuraraq Augsburg Universitetinin sertifikatını əldə ediblər.

Rektor Yusif Yusibov həmin tələbələrlə görüşüb. Onlara daha böyük uğurlar arzulayıb.

Gəncə Dövlət Universitetinin rəsmi saytından foto
Gəncə Dövlət Universitetinin rəsmi saytından foto

Ən Çox Oxunan