19.7 C
Gence
18.5 C
Ganja

GDU müəllimləri Tovuza səfər ediblər

Gəncədə universitet müəllimləri Tovuza yollanıblar. Bu haqda 27 fevral tarixində GDU-ya istinadən məlumat veririk.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Tovuz rayon Təhsil sektorunda 20-yə yaxın orta ümumtəhsil məktəbinin rəhbər müəllimləri və şagirdləri ilə görüş keçirib. Təhsil sektorunun əməkdaşları çıxışlarında qeyd ediblər ki, tədbirin əsas məqsədi GDU ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və universitetdə tədris olunan ixtisaslar haqqında şagirdlərin məlumatlandırılmasıdır.

Universitetin işçi qrupunun üzvləri fakültələr, mövcud ixtisaslar, ali məktəbin beynəlxalq əlaqələri və digər rayonlarda şagirdlərlə görüşlər haqqında ətraflı məlumat veriblər. Burada GDU-nun tədris binaları, laboratoriyaları, kitabxanaları, idman zalları və tələbə yataqxanası haqqında olan məlumatları əks etdirən videoçarx nümayiş olunub.

Məktəblilərə təhsil müəssisəsinin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və bloknotlar təqdim edilib. Sonda onların sualları cavablandırılıb.