22.5 C
Gence
22.5 C
Gence

GDU əməkdaşları Zəngilanda tədqiqat aparıblar

Gəncə universitetinin əməkdaşları Zəngilana yollanıblar. Bu haqda 19 may tarixində GDU-ya istinadən məlumat veririk.

Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova və kafedranın əyani aspirantı Vüsal Musayev elmi tədqiqatlar aparmaq məqsədilə Zəngilan rayonunun inzibati ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda olublar. Tədqiqatçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq qrupunun və ANAMA əməkdaşlarının köməkliyi ilə əraziyə baxış keçiriblər.

“Bəsitçay Dövlət Təbiət Qoruğunun ekoloji qiymətləndirilməsi və bərpası yolları” mövzusunda aparılan elmi tədqiqatda analizlər aparmaq üçün ərazidən nümunələr götürülüb.

Ən Çox Oxunan