15.3 C
Gence
15.3 C
Gence

GDU əməkdaşları Dokuz Eylül Universitetinə yollanıblar

Gəncə müəllimləri Türkiyəyə ezam olunublar. Bu haqda 25 may tarixində GDU-ya istinadən məlumat veririk.

Ezamiyyət Gəncə Dövlət Universiteti və Türkiyənin Dokuz Eylül Universiteti arasında ikili diplom proqramı çərçivəsində baş tutub. (GDU) Kimya-biologiya fakültəsinin 2 əməkdaşı- Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, professor Vəfa Məmmədova və fakültənin  humanitar məsələlər üzrə dekan müavini, dosent Yeganə Aslanova elmi tədqiqatlara dair təcrübə mübadiləsi ilə bağlı Dokuz Eylül Universitetinə ezam olunublar.

Onlar universitetdə Fənn fakültəsinin dekanı professor Aylin Alın, dekan müavinləri professor Nalan Demir və dosent Mine Antep, Biologiya bölməsinin rəhbəri professor Çetin İlgaz, Zoologiya kafedrasının müdiri professor Yusuf Kumlutaş, Botanika kafedrasının müdiri professor İsa Gökler ilə görüşüblər. Qonaqlara fakültə və kafedraların iş prinsipləri ilə bağlı məlumat verilib, tələbə-müəllim mübadiləsinin əhəmiyyəti barədə danışılıb.

Daha sonra əməkdaşlar Zoologiya, Botanika, Mikrobiologiya, Anatomiya və Histologiya üzrə Araşdırma laboratoriyaları və Herbari fondu ilə tanış olublar.

Ən Çox Oxunan