21.4 C
Gence
21.4 C
Gence

GDU Kırşəhər Ahi Evran Universiteti ilə birgə konfrans keçirib

Gəncədə 16 dekabr tarixində Nizami Gəncəvi və Ahi Evrana həsr olunmuş tədbir keçirilib. Bu haqda Gəncə Dövlət Universiteti məlumat paylaşıb.

“Nizami Gəncəvi və Ahi Evran Vəli paneli” adlı konfransa GDU və Kırşəhər Ahi Evran Universitetinin rektorları, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış ediblər. GDU-nun rektoru Yusif Yusibov qeyd edib ki, daha öncə İstanbul Universiteti ilə birlikdə Nizami Gəncəvi və Yunus Əmrə paneli təşkil olunmuşdur. Daha sonra o, Nizami Gəncəvi haqda danışıb. Onlayn konfransda Ahi Evrani haqda geniş məlumat verilib.

Tədbirin sonunda dosent Cavid Bağırzadə “XI-XV əsrlərdə Ahilik və Ahi Təşkilatları”, universitetin müəllimi Vüsal İsgəndərov “Nizami Gəncəvi və Ahilik”, Kırşəhər Ahi Evran Universitetinin professorları Dr.Nadir İlhan “Ahilik dəyərləri və Yunus Əmrə ilə Aşık Paşada yarışmaları”, Dr.Siraceddin Haci “Nizami Gəncəvidə sərvət anlayışı”, Dr.Fazıl Yozgat “Ahiliyin İqtisadi təməlləri”, Dr. Ahmet Doğan “Türk Ədəbiyyatında Ahi Evran və Ahilik” adlı məruzələr oxuyublar.

Gəncə Dövlət Universitetinin rəsmi saytından foto
Gəncə Dövlət Universitetinin rəsmi saytından foto

Ən Çox Oxunan