13.6 C
Gence
13.5 C
Ganja

GDU-da Zəfər Gününə həsr edilən tədbir baş tutub

Gəncədə spartakiada keçirilib. Bu haqda 6 noyabr tarixində Azərtac-a istinadən xəbər veririk.

Zəfər Gününə həsr edilən “Zəfər kuboku” adlı tədbir Gəncə Dövlət Universitetində baş tutub. Əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışılıb.

Spartakiadada şəhid Elşən Abdullayevin atası – universitetin Fizika kafedrasının müəllimi Sabir Abdullayev, şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov, universitetin rektoru Yusif Yusibov, eləcə də Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov iştirak ediblər.

Tədbirdə müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar olub. Bədii hissədə vətənpərvərliyə aid şeirlər söylənib və mahnılar oxunub. Spartakiadanın sonunda qaliblərə Fəxri Fərman və kuboklar təqdim olunub.

Ən Çox Oxunan