24.7 C
Gence
24.7 C
Gence

GDU-da xaricdə təhsil proqramı haqda ətraflı müzakirələr aparılıb

Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili haqda və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar tələbələrlə görüş keçirilib. Bu haqda təhsil ocağının saytında məlumat dərc edilib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər. Görüşü giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Millət Vəkili Pərvin Kərimzadə açıb. O, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.

Tələbələrə xaricdə doktorantura təhsilindən və beynəlxalq ikili diplomun  üstünlüklərindən xəbər verilib. Orada təhsil qaydaları, qəbul şərtləri, qəbul olunduqdan sonra tələbələrin qarşısında duran vəzifələr, həmçinin təhsil xərcləri ilə bağlı məsələlərə aydınlıq gətirilib.

Görüşün sonunda Təhsil Nazirliyinin nümayəndələri tələbələri maraqlandıran suallara cavab veriblər.

Gəncə Dövlət Universitetinin rəsmi saytından foto
Gəncə Dövlət Universitetinin rəsmi saytından foto

Ən Çox Oxunan