5.8 C
Gence
5.8 C
Gence

GDU-da narkomaniya ilə bağlı tədbir keçirilib

Gəncədə narkomaniya ilə bağlı tədbir keçirilib. Bu haqda 28 iyun tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

“Narkomaniyaya yox deyək” adlı tədbir təhsil müəssisəsinin xarici dillər fakültəsinin tələbələri üçün təşkil olunub. Burada fakültənin dekan müavini Arzu Babayeva, universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış ediblər. Dekan Əjdər Əsgərov bu bəladan qorunmağın yollarından, təhsil müəssisələrində maarifləndirmə işinin aparılmasından danışıb.

Tədbirdə fakültənin fəal tələbələri – Aybəniz Verdiyeva, Sevda İsmayılova, Aysu Muxtarova və Dilarə Cəlilova müxtəlif mövzularda çıxış ediblər. Sonda gənclərin hazırladıqları videoçarx nümayış olunub.

Ən Çox Oxunan