Gəncədə Mir Cəlal Paşayevə həsr olunan tədbir keçirilib. Bu haqda 27 aprel tarixində GDU-ya istinadən məlumat veririk.
Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə təşkil olunan tədbir Gəncə Dövlət Universitetində baş tutub. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva görkəmli ədib Mir Cəlal Paşayevin elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən ətraflı danışıb.
Azərbaycan və dünya ədəbiyyatının dosenti Nəzmiyə Axundova ədəbiyyatşünas alimin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən bəhs edib. O, görkəmli ədiblə bağlı xatirələrini bölüşüb. Tədbirdə Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədova Mir Cəlal Paşayevin əsərlərinin dil xüsusiyyətlərinə dair çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.