18.6 C
Gence
18.6 C
Gence

GDU-da meşələrlə bağlı layihənin görüşü baş tutub

Gəncədə tələbələrlə görüş keçirilib. Bu haqda 7 aprel tarixində GDU-ya istinadən məlumat veririk.

Görüş “Qafqaz regionunda meşələrə qlobal baxış platformasının təşviqi” layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində təşkil olunub. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva meşələrin mühafizəsi, qorunması və bərpasına dair dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Qafqaz üçün Region Ekoloji Mərkəzin Azərbaycan Filialının direktoru Yaşar Kərimov Qlobal Ekologiya Fondunun dəstəyi ilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Dünya Resurs İnstitutu tərəfindən həyata keçirilən layihə çərçivəsində görülən işlər haqqında məlumat verib. Görüşdə onlayn meşə atlası nümayiş etdirilib, ondan istifadə qaydaları izah olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan