26.9 C
Gence
23.5 C
Ganja

GDU-da “Məzun günü” baş tutub

Gəncədə “Məzun günü” keçirilib. Bu haqda 28 may tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

Bu il keçirilən “Məzun günü”ndə universiteti bitirən yüzlərlə bakalavr və magistrlərlə yanaşı Vətən Müharibəsində qazi olmuş GDU tələbələri və şəhid anaları iştirak ediblər. Rektor Yusif Yusibov çıxışında bu il universitetdən 1928 tələbə və magistrin məzun olduğunu diqqətə çatdırıb. O, həmçinin GDU-nun nailiyyətlərindən bəhs edib.

Daha sonra icra başçısı Niyazi Bayramov çıxış edib. Şəhər rəhbərliyi məzunları təbrik edib. Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Millət Vəkili Pərvin Kərimzadə, şəhid Rauf Əsgərovun anası Brilliyant Əsgərova, universitetin tələbəsi qazi Tural Zeynalov və başqaları ən xoş arzularını bildiriblər.

Sonda mükafatlandırma mərasimi baş tutub. Universitetin ictimai-siyasi həyatında fəallıq göstərən, təhsildə fərqlənən bir qrup məzuna Fəxri fərman təqdim olunub. Tədbir iştirakçıları səhnədə universitet tələbələrinin ifasında səsləndirilən “Azərbaycan”, “Azərbaycan bayrağı”, “Qalib sərkərdə” və s. mahnıları və rəqs qrupu üzvlərinin çıxışlarını alqışlarla qarşılayıblar.

Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto