24.8 C
Gence
24.8 C
Gence

GDU-da Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində 30 oktyabr tarixində Elmi Şuranın növbəti iclası keçirilib. Bu haqda universitetin Facebook səhifəsində məlumat paylaşılıb.

İlk öncə yaxın günlərdə dünyasını dəyişən prorektor Fəxrəddin Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra rektor Yusif Yusibov dekan İsfəndiyar Alverdiyevi elmi dərəcə alması münasibətilə təbrik edib. Universitetdə işləmiş və hazırda təqaüddə olan əməkdaşlara Fəxri Fərmanlar verilib.

Sonda universitetdə edilən struktur dəyişikliyi haqda məlumat verilib və cari məsələlərə baxılıb.

Ən Çox Oxunan