24.8 C
Gence
24.8 C
Gence

GDU-da Elmi Şuranın iclası baş tutub

Gəncə Dövlət universitetində 8 fevral tarixində iclas keçirilib. Bu haqda təhsil müəssisəsi məlumat paylaşıb.

Elmi Şuranın iclasında universitetin Tədris Departamentinin rəhbəri Elturan Yusifov payız imtahan sessiyasının gedişi haqqında məruzə ilə çıxış edib. Ümumi pedaqogika, rus dili və iqtisadiyyat kafedralarının müdirləri 5 illik hesabatlar təqdim ediblər.

Daha sonra Mərdan Məmmədovun təsviri incəsənət, Tahir Məmmədovun riyazi analiz, Gültəkin Qasımovanın ekologiya və təbiəti mühafizə, Səba Namazovanın Azərbaycan və dünya ədəbiyyatı, Günay Kazımovanın təhsilin pedaqogikası və metodikası kafedralarının dosenti elmi adının alması, kimya kafedrasının dosenti Elxan Cəfərova və psixologiya kafedrasının dosenti Cəfər İbrahimova universitetin “Fəxri Professoru” adının verilməsi məsələləri müzakirə olunub.

Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan