Gəncədə daha bir konfrans baş tutub. Bu haqda 6 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
“Müasir təbiət ve iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynalxalq elmi konfrans Gəncə Dövlət Universitetində keçirilib. Konfrans iştirakçıları Gəncə Dövlət Universitetinin V tədris korpusunda təşkil olunan kitablardan və rəsm əsərlərindən ibarət sərgidə olublar. Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Burada GDU-nun rektoru Yusif Yusibov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, İcra Hakimiyyətinin nümayəndələri, İzmir Dokuz Eylül Universitetinin prorektoru Fatma Duyğu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru Məhəmməd Babanlı, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbirdə bir sıra natiqlər danışıblar. Beynəlxalq konfrans 15 bölmədə öz işini davam etdirib. Müzakirə olunan mövzularla bağlı təqdim olunan 616 məqalə 6 cildlik kitab şəklində nəşr olunub.