15.3 C
Gence
15.3 C
Gence

GDU-da Beynəlxalq Ailə Günü qeyd olunub

Gəncədə Beynəlxalq Ailə Günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda 16 may tarixində GDU-ya istinadən məlumat veririk.

Tədbir Gəncə Dövlət Universitetində təşkil olunub. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Beynəlxalq Ailə Gününün tarixi və əhəmiyyəti haqqında danışıb.

Daha sonra Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadənin “Azərbaycanda tarixi ailə ənənələri”, Kimya kafedrasının müdiri Aynur Məmmədovanın “Ailə Azərbaycan Respublikasının Dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi”, universitetin hüquqşünası Günay Şirinovanın “Ailə hüququnun əsasları”, Filologiya fakültəsinin baş müəllimi Mətanət Mahmudovanın “Ailədə və cəmiyyətdə qadınların rolu”, tələbə Nəzrin Əkbərovanın isə “Ailə müqəddəsdir” mövzularında məruzələri dinlənilib.

Çıxış edənlər ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailə münasibətlərinin tənzimlənməsi və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində dövlətin həyata keçirdiyi tədbirlər barədə danışıblar.

Ən Çox Oxunan