18.6 C
Gence
18.6 C
Gence

GDU-da bədii yaradıcılıq müsabiqə-festivalı baş tutub

Gəncədə tələbələr arasında müsabiqə keçirilib. Bu haqda 18 aprel tarixində GDU-ya istinadən məlumat veririk.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və GDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib. Universitetdə istedadlı tələbələrin müəyyənləşdirilməsi üçün münsiflər heyəti – Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycanın Xalq artisti Təranə Muradova, Xalq artisti Gülyaz Məmmədova və Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Arslan Növrəsli Gəncə Dövlət Universitetində olublar.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. GDU-nun Musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva tərəfindən hazırlanan konsert proqramında tələbələr incəsənətin müxtəlif janrlarında xüsusi istedadlarını nümayiş etdiriblər. Münsiflər heyətinin nümayəndələri tələbələrə tövsiyələr verərək, gələcəkdə uğurlar arzulayıblar.

Yaradıcılıq festivalında istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.

Ən Çox Oxunan