Gəncədə illik təhsil haqqı min manat olan ixtisaslar və plan yerləri açıqlanıb. Bu haqda 10 avqust tarixində Azərforum-a istinadən məlumat veririk.
Dövlət İmtahan Mərkəzinin Abituriyent jurnalının IV nəşri satışa çıxarılıb. Həmin buraxılışda Gəncə Dövlət Universitetində illik təhsil haqqı min manat təşkil edən ixtisaslar təqdim olunub. Onların siyahısı aşağıda göstərilib:
- Kompüter elmləri – əyani (15 yer);
- Kimya mühəndisliyi – əyani (15 yer);
- Ekologiya mühəndisliyi – əyani (15 yer);
- Psixologiya – əyani (15 yer);
- Biologiya – əyani (15 yer);
- Ekologiya – əyani (15 yer);
- Kimya – əyani (15 yer);
- Kimya müəllimliyi – əyani (15 yer);
- Məşqçilik – əyani (45 yer);
- Məşqçilik – qiyabi (10 yer).
Qeyd edək ki, məşqçilik ixtisası üzrə qiyabi təhsil haqqı 900 manat təşkil edir.