13.6 C
Gence
13.6 C
Gence

GDRTİ-nin tabeliyində olan sektorların əməkdaşları ilə görüş olub

Gəncədə təhsil işçiləri ilə görüş keçirilib. Bu haqda 16 noyabr tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Tədbirdə İdarənin tabeliyində olan sektorların əməkdaşları iştirak ediblər. Burada illik iş planına uyğun olaraq görülmüş işlər barədə rüblük hesabat layihələrinin hazırlanması, vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərin vaxtında və keyfiyyətli cavablandırılması, sektorlarda əmək intizamına əməl olunması, təhsil sənədlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsinin həyata keçirilməsi məsələləri ilə bağlı ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Ən Çox Oxunan