Gəncədə konsert baş tutacaq. Bu haqda 26 may tarixində Gəncə Dövlət Filarmoniyasına istinadən məlumat veririk.
Tədbir 16 iyun saat 18:00-da Gəncə Dövlət Filarmoniyasında təşkil olunacaq. Burada “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək. Ansamblın bədii rəhbəri Sahil Quliyev, baletmeyster Sənan Cavadov, kollektivin rəhbəri isə Xalq artisti Adil Bayramovdur.
Biletləri Filarmoniyanın kassalarından əldə etmək olar.