25.8 C
Gence
25.8 C
Gence

Gürcü media nümayəndələri dağılan evlərin ətrafına güllər düzüblər

Gürcüstandan olan media nümayəndələri və blogerlər Gəncədə raket atəşinə tutulması nəticəsində dağılan evlərin ətrafına güllər düzüblər.

Gürcüstanlılar Vətən müharibəsi dövründə Ermənistan tərəfindən dağılan ərazilərə baş çəkiblər. Onlar mülki insanlara qarşı törədilən hərbi cinayətlərin nəticələri ilə tanış olublar.

Qeyd edək ki, Gəncə ümumilikdə 8 ağır artilleriya və raket atəşlərinə məruz qalıb. Nəticədə bir körpə, beş uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olmuş, 120-dən çox insan isə yaralanmışdır.

Ən Çox Oxunan