Gəncədə yerləşən binaların birində, su günün müxtəlif saatlarında az vaxt kəsiyində verilir. Bu haqda binanın sakini olan Gencexeber.az izləyicisi 21 oktyabr tarixində xəbər verib.
Sözügedən məsələ 3-cü mikrorayonda yerəşən 24-cü binada müşahidə olunur.
“Bizim binada xəbərdarlıq edilmədən, həftədə 1-2 dəfə sular kəsilir. Artıq 2 gündür ki, ümumiyyətlə verilməyib. Düzgün qrafik də yoxdur. Fərqli saatlarda, gündə sadəcə bir dəfə iki saat su olur”, – izləyicimiz söyləyib.
Əldə etdiyimiz məlumata əsasən, ev sahiblərin çoxunun su çənləri yoxdur. Suyun dəqiq verilmə vaxtı olmadığı üçün onlar ehtiyatlarını görə bilmirlər.
Daha öncə, Gəncədə 10-a yaxın ev qazla təmin edilmədiyi haqda xəbər vermişdik.