26.9 C
Gence
23.5 C
Ganja

“Gəncland”da məzunlara özəl proqram keçiriləcək

Gəncədə məzun günü qeyd olunacaq. Bu haqda 7 iyun tarixində “Gəncland”a istinadən məlumat veririk.

Hər il olduğu kimi, bu il də 14 iyun tarixində yüzlərlə şagird məzun olacaq. Bu münasibətlə “Gəncland” ailəvi istirahət və əyləncə kompleksində xüsusi proqram baş tutacaq. Burada DJ, müğənillər, hədiyyələr, şou proqram və digər əyləncələr olacaq.

Tədbir 14 iyun saat 18:00-da başlayacaq. İştirak ödənişsizdir. İstəyən hər kəs proqrama qatıla bilər.

Qeyd edək ki, kompleks Yeni Gəncə qəsəbəsində yerləşir.