18.6 C
Gence
18.6 C
Gence

“Gəncland”da ödənişsiz konsert olacaq

Gəncədə istirahət mərkəzlərinin birində konsert təşkil olunacaq. Bu haqda 20 may tarixində “Gəncland”a istinadən məlumat veririk.

Konsert proqramı 27 may saat 18:00-da “Gəncland” ailəvi istirahət və əyləncə kompleksində baş tutacaq. Burada müğənni və bəstəkar Elvin Nasir çıxış edəcək.

Tədbirdə hər kəs ödənişsiz iştirak edə bilər.

Qeyd edək ki, kompleks Yeni Gəncə qəsəbəsində yerləşir.

Ən Çox Oxunan