Gənclər üçün layihə icra ediləcək. Bu haqda məlumatı avqustun 17-si Edumap.az-a istinadən veririk.
“Sabahın Kənd Təsərrüfatı 2” Yay Məktəbi layihəsi “Aqrar İnkişaf Könüllüləri” təşkilatının, Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə həyata keçiriləcək.
Əsas məqsəd gənclərin vaxtlarını səmərəli keçirmələrini təmin etmək, onların aqrar sahəyə olan marağını artırmaq və biznesin inkişafına töhfə verməkdir.
Gəncləri təlimlər, məlumatlandırıcı səfərlər, layihələrin hazırlanması, əyləncəli proqramlar gözləyir. İştirak etmək istəyən şəxslər linkdən keçid edərək qeydiyyatdan keçə bilərlər.