19 C
Gence
19 C
Gence

Gənclərin İnkişaf və Karyera Mərkəzi Gəncədə tələbələrlə görüşüb

Gəncədə “GəlSƏN” layihəsi çərçivəsində görüş keçirilib. Bu haqda 10 dekabr tarixində Gənclərin İnkişaf və Karyera mərkəzi (GİKM) məlumat paylaşıb.

Tədbir Gəncə Dövlət Universiteti və universitetin nəzdindəki Regional Kollecin tələbələrinin iştirakı ilə baş tutub. Görüşdə 40-a yaxın tələbə iştirak edib. Onlara GİKM-də könüllülük fəaliyyəti, təcrübə proqramı və xaricdə təhsil təqaüd proqramı ilə bağlı məlumat verilib.

Tədbirin sonunda təşkilata qatılmaq istəyənlər qeydiyyatdan keçiblər.

Ən Çox Oxunan