25.8 C
Gence
21.5 C
Ganja

Gənclərin nəzərinə: yeni təcrübə proqramı var

Gəncədə təşkilatlardan biri təcrübə proqramı elan edib. Bu haqda 10 iyun tarixində 1 saylı Mediasiya Təşkilatına istinadən məlumat veririk.

Proqram 1 saylı Mediasiya Təşkilatı tərəfindən elan olunub. Bura mediatorlarla iş sahəsində təcrübə qazanmaq istəyən gənclər qatıla bilərlər. Proqramda üç istiqamət olacaq:

  • İctimaiyyətlə əlaqələr və sosial media işinin təşkili;
  • Vətəndaş qəbulu;
  • Mediatorlarla iş.

Gənclər burada 3 ay müddətində təcrübə keçəcəklər. Qatılmaq üçün qeydiyyatdan keçmək lazımdır. Son müraciət tarixi 25 iyundur. Qeydiyyat linki:

https://shorturl.at/opzS0.

Qeyd edək ki, hüquq və sosial iş ixtisası üzrə təhsil alan tələbələrə üstünlük veriləcək.