20.3 C
Gence
15.5 C
Ganja

Gənclərimizə Hiphop musiqisinin əsaslarını öyrənmək şansı verilir

Gəncədə “HipHopnamə” adlı layihəyə start veriləcək. Bu haqda məlumatı iyunun 9-u “Art Garden Ganja”-yə istinadən veririk.

Layihə Cultural Initiatives və Art Garden Ganja-nın birgə təşkilatçılığı ilə həyata keçirilir. Gənclər Hiphop musiqi təliminə qoşulmağa və öz musiqilərini yaratmağa dəvət olunur.

Məşğələlər zamanı iştirakçılar Hiphop musiqisinin əsaslarını öyrənəcək və əldə etdiyi bilikləri tətbiq etmək və yeni musiqilər yaratmaq üçün texniki və yaradıcı şəraitə sahib olacaqlar. Dərslər Beatmakers (musiqi yazarları) və Lyricist Performer (söz yazarı və ifaçı) olaraq iki qrupa bölünəcək.

Təlimlərdə iştirak etmək üçün qeydiyyata başlanılıb. Bunun üçün iştirak etmək istəyən şəxslər artgardenganja instagram səhifəsinə yazmalıdırlar.