Gəncədə “Peşəkar İnkişaf Proqramı” keçiriləcək. Bu haqda məlumat avqustun 24-ü sosial şəbəkələrdə paylaşılıb.
“Peşəkar İnkişaf Proqramı”nda iştirak ödənişsizdir. Proqram 2 ay müddətində tədris ediləcək. Gənclər fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcəklər.
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
- 30 yaşı tamam olmamış;
- Orta və ya ali ixtisas təhsilli məzunlar;
- Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
Qeydiyyat üçün son tarix avqustun 28-dir. İştirak etmək istəyən şəxslər aşağıdakı link-dən müraciət edə bilərlər:
https://forms.gle/NDqq85i67m8qUwSD7
PROGRO Platforması BMT – nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən isə maliyyələşdirilir.