16.9 C
Gence
12.5 C
Ganja

Gənclər və İdman Nazirliyi vakansiyalar elan edib

Gəncədə dispanser əməkdaş axtarışındadır. Bu haqda 17 noyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.

Gənclər və İdman Nazirliyi şəhərin Tibbi bədən tərbiyəsi dispanserinə altı vakansiya üzrə sənəd qəbulu elan edir. Müəssisədə aşağıda qeyd olunan vəzifələr boşdur:

  • Həkim-laborant;
  • Lor;
  • MBT həkimi (idman həkimi);
  • Travmatoloq;
  • Rentgen;
  • Nevropatoloq.

Namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidirlər:

  • Ali tibb təhsili, həkimlərə şamil olunur (Rezidentura təhsili);
  • Minimum 2 il iş stajı;
  • Yaş həddi: 50 yaşadək;
  • Kollektivlə işləmək bacarığı;
  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
  • Xarici dil bilikləri arzuolunandır;
  • Sertifikasiya üzrə şəhadətnamənin mövcudluğu;
  • MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı.

Müraciət üçün Azərbaycan dilində tərtib olunan CV, şəxsiyyət vəsiqəsinin və ali tibbi təhsil haqqında diplomun surətləri təqdim edilməlidir.

CV [email protected] elektron ünvanına göndərilməlidir.

Qeyd edək ki, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Nəticələrə uyğun olaraq, seçilmiş şəxslərə bu barədə məlumat veriləcək.

Ən Çox Oxunan