5.8 C
Gence
5.8 C
Gence

Gənclər və İdman Nazirliyi vakansiya elan edib

Gəncə Olimpiya İdman Kompleksinə direktor axtarılır. Bu haqda 20 aprel tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.

Nazirlik direktor vəzifəsi üzrə işə qəbul elan edib. Vakansiya ilə bağlı 55 yaşadək olan namizədlər müraciət edə bilərlər. Onlardan idman sahəsində 6 il iş stajı tələb olunur və aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • Linkdə (https://bit.ly/36pHHjZ) verilmiş CV forması doldurulmalıdır (CV-də iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır);
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Ali təhsil haqqında diplomun surəti.

Elektron poçt ünvanına müraciət daxil olduqdan sonra müraciətin çatması barədə təsdiq imeyli göndəriləcək.

Sənədlər 19 aprel tarixindən etibarən [email protected] elektron poçt ünvanına göndərilməlidir. Son müraciət tarixi 23 apreldir.

Qeyd olunub ki, CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Ən Çox Oxunan