Gəncədə keçiriləcək idman tədbirlərinin cədvəli paylaşılıb. Bu haqda 21 noyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Gənclər və İdman Nazirliyi həftənin idman afişasını elan edib. Cədvələ əsasən, bu həftə şəhərimizdə aşağıdakı tədbirlər baş tutacaq:
- Voleybol üzrə Azərbaycan çempionatının ev oyunları yarışı – 21 noyabr saat 17:30-da Gəncə Olimpiya İdman Kompleksində;
- 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında boks üzrə şəhər birinciliyi – 26-29 noyabr saat 15:00-da “Gəncə” boks zalında.